İdman

“Qarabağ” vahid lider oldu – yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.

Qol.az xəbər verir ki, son oyun günü iki görüş keçirilib. “Zirə” öz meydanında “Keşlə” ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb.

Digər oyunda isə “Sumqayıt” “Qarabağ”ın qonağı olub. Meydan sahibləri 4:1 hesablı qələbə qazanaraq xallarını 46-a çatdırıb və vahid lider olub. Ağdam təmsilçisi ən yaxın izləyicisi “Neftçi”ni 3 xal qabaqlayır.

11 aprel (bazar)

19:15. “Qarabağ” –“ Sumqayıt” – 4:1
Qollar:
 Abdullah Zubir, 45+1 (1:0), Camaləddin Xocaniyazov, 46-avtoqol (2:0), Əli Qurbani, 59 (2:1), Abdullah Zubir, 71 (3:1), Filip Ozobiç, 78 (4:1)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
“Azersun Arena”

17:00. “Zirə” – “Keşlə” – 0:0
Hakimlər:
 Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

10 aprel (şənbə)

“Sabah” –“Səbail” – 0:0

“Qəbələ” – “Neftçi” – 2:2

N Klublar O Q H M T-F X
1 Qarabağ 22 13 7 2 51-15 46
2 Neftçi 22 13 4 5 32-23 43
3 Zirə 22 7 11 4 24-21 32
4 Sumqayıt 22 7 8 7 26-28 29
5 Qəbələ 22 5 9 8 20-31 24
6 Səbail 22 4 8 10 19-33 20
7 Sabah 22 5 5 12 20-29 20
8 Keşlə 22 3 10 9 21-33 19

Bombardirlər:

Namiq Ələsgərov (“Neftçi”) – 14 qol
Mahir Emreli (“Qarabağ”) – 13 qol
Filip Ozobiç (“Qarabağ”) – 11 qol
Davit Volkov (“Zirə”) – 8 qol
Əli Qurbani (“Sumqayıt”) – 8 qol
Kvabena Ovusu (“Qarabağ”) – 6 qol
Rəhim Sadıxov (“Sumqayıt”) – 6 qol

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button