Gündəm

Qarabağa silah daşınmasında günahlandırılan erməni iş adamları axtarışa verilib

Baş Prokurorluq Ermənistan Silahlı Qüvvələrini qanunsuz yolla silah-sursat, hərbi texnika ilə təchiz edən “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan, “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan, “KOMEX” şirkətinin baş direktoru Ara Abramyan və başqaları haqqında cinayət işi başlayıb. Bu haqda iyunun 18-də xəbər yayan Baş Prokurorluq onların beynəlxalq axtarışa verildiklərini bildirir.

Məlumata görə, adları çəkilənlər və qeyriləri 2001-2021-ci illərdə “Beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının, “Avropada adi silahların məhdudlaşdırılması haqqında” Müqavilənin tələblərini pozublar: “Müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin “İL-76 TD” tipli yük təyyarəsi ilə, eləcə də Ara Abramyan tərəfindən alınmış “İL-76TD” tipli təyyarə ilə iriçaplı odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğuları, o cümlədən raketləri qanunsuz əldə edib Ermənistana və Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yollarla daşınmasını təşkil ediblər”.

Xatırlatma

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button