Siyasət

Qarabağın azərbaycanlı icması adını dəyişir

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi buraxıldığını bəyan edib. Bu qərar aprelin 30-da təşkilatın ümumi yığıncağında qəbul edilib. Qeyd edək  ki, təşkilat 2006-cı ildə yaradılmışdı.

Bu qurumun rəhbəri, parlamentin deputatı Tural Gəncəliyev bu qərarı şərh edərkən deyib ki, işğal olunmuş ərazilər azad edildikdən sonra “yeni reallıq” yaranıb.

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ regionunun erməni icması” anlayışları öz aktuallığını itirib”,- Tural Gəncəliyev deyib.

Gələcək fəaliyyət azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasına yönələcək. Buna görə də yeni birlik yaradılıb – “Qarabağa dönüş”, – Tural Gəncəliyev bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button