İqtisadiyyat

Qarabağın şəhərsalma konsepsiyasının hazırlanmasına beynəlxalq təşkilatlar cəlb olunub

“İşğaldan azad olunmuş ərazilərin bərpasının planlı və sistemli təşkili üçün Komitə tərəfindən Qarabağ regionunun şəhərsalma konsepsiyasının və ərazi-planlaşdırma sənədlərinin hazırlanması üzrə işlər sürətlə və əlaqəli şəkildə davam etdirilir, bu məqsədlə bir sıra yerli və nüfuzlu beynəlxalq şirkətlər cəlb edilib”.
APA-nın məlumatına görə, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün keçirilən geniş tərkibli iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Komitə sədri bildirib ki, ötən müddət ərzində regionun Ümumi planının hazırlanması çərçivəsində şəhərlərin, bir çox kənd və qəsəbələrin sərhədləri dəqiqləşdirilib, müvafiq ərazi-planlaşdırma sənədlərinin işlənməsinə başlanılıb: “Buna paralel olaraq, uzun illər işğal altında olmuş yaşayış məntəqələrinin, xüsusən də əhalinin böyük hissəsinin yaşadığı kənd ərazilərinin tarixinə əsaslanaraq gələcək simasının, memarlıq planlaşdırma həllərinin müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button