Cəmiyyət

Qax sakini özünün 3 otaqlı evini yandırıb

Qaxda yanğın hadisəsi törədilib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Hürü Tağıyeva küçəsi, ev 37 ünvanında qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Ramin Qubad oğlu Abdullayevə məxsus ümumi sahəsi 81 kv/m olan kürsülü 1 mərtəbəli 3 otaqlı evin yanar konsturuksiyaları və əşyaları birlikdə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
İlkin ehtimallara görə, yanğını ev sahibi 42 yaşlı Ramin Abdullayev özü törədib. Hadisə yerinə Qax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Yanğının əsl səbəbi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button