Cəmiyyət

Qaxa qar yağıb | Report.az

Yazın son ayında Qax rayonunun Sarıbaş kəndinə qar yağıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, mayın 9-da axşam saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.
Bölgədə, küləklə müşahidə olunan yağış yağıb, havanın temperaturu aşağı düşüb. Gecə saatlarında isə dağlıq ərazilərə qar yağıb.
Qar Azərbaycanın üç ən ucqar, Qax rayonunun isə ən ucqar dağ kəndi olan Sarıbaş kəndinə yağıb.
Qeyd edək ki, Sarıbaş kəndi dəniz səviyyəsindən 1 700 metr yüksəklikdə yerləşir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button