Cəmiyyət

Qaxda dələduzluq edən iki əmioğlu saxlanılıb

Qax Rayon Polis Şöbəsinə müraciət edən 3 nəfər rayon sakini özlərini firma işçisi kimi təqdim edən iki şəxsin onlara satdıqları müxtəlif məişət əşyalarının guya hədiyyəli olduğunu, hədiyyəni əldə etmək üçün isə sadəcə çatdırılma xərcini əvvəlcədən ödəməyin vacibliyi adı ilə aldadaraq pullarını ələ keçirdiklərini bildiriblər.
Daxili İşlər Naziliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən əmioğlular, Şamaxı rayon sakinləri-Səfər və Namiq Əsədovlar saxlanılıb. Araşdırma zamanı onların hər hansı bir firmada işləmədiyi, Sədərək ticarət mərkəzindən aldıqları məişət əşyalarını rayonlarda satdıqları məlum olub.
Faktla bağlı Qax Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Zəng Mərkəzinə və Qax RPŞ-nin (024)-255-23-52 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button