Cəmiyyət

Qaxda itkin düşən gəncin meyiti tapılıb

Qax rayonunda altı gün öncə itkin düşən gəncin meyiti tapılıb.
“Report”un Şimal-qərb bürosunun verdiyi məlumata görə, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Elman Loğman oğlu Hüseynovun meyiti İlisu kəndi ərazisindən keçən Kürmük çayında aşkarlanıb.
Qeyd edək ki, E.Hüseynov sonuncu dəfə altı gün öncə ailə üzvlərinə İlisu kəndindən aralıda, dağlıq ərazidə yerləşən İlisu hamamına getdiyini bildirib. Həmin vaxt isə hava qeyri-sabit keçib və güclü yağış yağıb. Onun çaya düşərək boğulduğu ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button