Cəmiyyət

Qaxda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var

Qax rayonunda yol qəzası baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Zaqatala rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan bir-neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button