İqtisadiyyat

Qaz külək və ya günəş enerjisinin büdcəli alternativi olacaq

Beynəlxalq Qaz İttifaqı (International Gas Union – IGU) təbii qazı, xüsusən hazırda yer alan iqlim hədəflərinin və karbohidrogen yanacaqlarından kütləvi şəkildə imtina edilməsi kontekstində qlobal enerji sisteminin vacib bir hissəsi hesab edir.
“APA-Economics”in məlumatına görə, bu barədə Rusiya mətbuatı IGU-ya istinadən xəbər verir.
IGU-nun vitse-prezidenti Andrea Şteqerin sözlərinə görə, zərərli neft və kömürdən təmiz təbii qaza keçid sübut edilmiş, ucuz və ətraf mühitin xeyrinə işləyən bir həldir.
Qeyd olunur ki, dünya ölkələrindən hər biri bərpa olunan enerji mənbələri təmin etmək üçün maliyyə, sənaye bazası və texniki biliklərə sahib deyil. Yeni texnologiyalara sərmayə qoymağı bacaran zəngin ölkələrdən fərqli olaraq, yoxsul ölkələr artan əhalini istilik və elektrik enerjisi ilə təmin etmək ehtiyacındadır. Bu vəziyyətdə qaz külək və ya günəş enerjisinin büdcəli alternativi olacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button