Cəmiyyət

Qazax polisi yanğın təhlükəsizliyi ilə bağlı görüş keçirib

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birgə sakinlərlə mütəmadi olaraq görüşlər keçirərək, onları əkin sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə maarifləndirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, pandemiya qaydalarına riayət edilməklə keçirilən görüşdə kənd sakinləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də icra və bələdiyyə orqanlarının nümayəndələri iştirak ediblər.
Görüşdə kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, hər il yay aylarında ölkə ərazisində baş verən yanğınlar haqqında məlumatlar verilib. Qeyd edilib ki, cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olur və nəticədə əkin və meşə sahələrinin məhvi ilə nəticələnir.
Diqqətə çatdırılıb ki, əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Sakinlər taxıl və ot biçinlərindən sonra sahələrə od vurmamalı, həmçinin digər təhlükəsizlik qaydalarına riayət etməlidirlər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button