Cəmiyyət

Qazaxda Kür çayında balıqların elektrik cərəyanı ilə tutulması ilə bağlı araşdırmalara başlanılıb

Sosial şəbəkələrdə Qazax rayonunda Kür çayında balıqların “tokla” tutulması ilə bağlı görüntülər yayılıb. Məsələ ilə bağlı polis əməkdaşları araşdırmalara başlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb Mərkəzinə verilən məlumata görə, məlum görüntülərlə bağlı Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsində araşdırmalara başlanılıb.
“Hazırda həmin balıqçının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər həyata keçilir. Su Polisinin adının hallandığı iddialar isə əsassızdır” – deyə E.Qasımov bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button