Cəmiyyət

Qazaxda Kür çayında batan digər şəxsin də meyiti tapılıb

Qazaxda Kür çayında batan 15 yaşlı oğlanın meyiti tapılıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Qazax rayon Aslanbəyli kənd sakini, 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun meyiti bu dəqiqələrdə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Kür çayının Birinci Şıxlı kənd ərazisindən axan hissəsində H.Fəttahov və 1998-ci il təvəllüdlü Məhəd Elxan oğlu Şirməmmədov çayda batıblar.
Hadisənin bəzi təfərrüatları da məlum olub. Belə ki, H.Fəttahov çayda batıb bunu görən M.Şirməmmədov onu xilas etmək istəsə də, hər ikisi bataraq boğulublar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button