Cəmiyyət

Qazaxda yol qəzasında 57 yaşlı kişi ağır yaralandı

Qazax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Qazax rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Həsənzadə Ucal Müzahid oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button