Dünya

Qırğızıstan və Tacikistan arasında növbəti dəfə atəşkəs elan edildi

Qırğızıstan və Tacikistan arasında növbəti dəfə atəşkəs razılığı əldə edilib.

“Ria Novosti” xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  rəhbəri Kamçıbek Taşıyev açıqlama verib.

DTX rəisi deyib: “Xalqlarımız gərginlikdən narahatlıq keçirir. İki ölkə üçün faciə baş verdi. İşləri bu şəkildə davam etdirmək ağır idi. Bİz qərara gəldik ki, tam atəşkəs elan olunsun və silahlı birləşmələr əvvəlki yerinə qaytarılsın”.

Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgəsinin sakinləri arasında qarşıdurma başlayıb və bu, sərhədçilər arasında silahlı qarşıdurmaya çevrilib. Hər iki tərəfdən təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb.

Qırğızıstan tərəfi bu toqquşmada 33 vətəndaşının həlak olduğunu bildirib.

Onu daqeyd edək ki, Tacikistanla sərhəddəki münaqişə bölgəsindən 27 mindən çox Qırğızıstan vətəndaşı evakuasiya olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button