İqtisadiyyat

Qlobal birbaşa xarici investisiyalar ötən il kəskin azalıb

Ötən il koronavirus pandemiyası ilə əlaqədar yaranan iqtisadi tənəzzül səbəbindən dünyada birbaşa xarici investisiyaların həcmi 30%-dən çox azalıb – 1,5 trln. ABŞ dollarından 1 trln. dollaradək. 2021-ci ildə qlobal birbaşa xarici investisiyaların 1-15% artacağı proqnozlaşdırılır.
“APA-Economics”in məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında deyilir.
“Böhran birbaşa xarici investisiyaların kəskin azalmasına səbəb oldu. İnvestisiyaların qlobal axını üçdə bir azalıb – 1,5 trln. dollardan 1 trln. dollaradək. 2020-ci ilin sonunda birbaşa xarici investisiyaların həcmi 10 il bundan öncə yaşanan qlobal maliyyə böhranından sonra qeydə alınan ən aşağı səviyyədən təxminən 20% azdır”, – deyə UNCTAD-ın Baş katibi vəzifəsini icra edən İzabel Düran (Isabelle Durand) bildirib.
O əlavə edib ki, cari ildə birbaşa xarici investisiyalarının axınının qismən bərpa olaraq 10-15% artacağı gözlənilir. Bununla belə, investisiyaların yatırılmasının sürətlənməsi üçün bir qədər vaxt tələb oluna bilər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button