İqtisadiyyat

Qlobal nəqliyyat böhranı dəniz daşımalarını kəskin bahalaşdırıb

Qlobal nəqliyyat sektoru Süveyş kanalında cari ilin mart ayında yaşanan tıxacdan sonra özünə gəlməmiş yeni bir problemlə üzləşib – Çin hökuməti koronavirus epidemiyası səbəbindən Yantian dəniz terminalını bağlayıb.
“APA-Economics”in “Prime”a istinadən verdiyi məlumata görə, bu səbəbdən Avropaya bir konteynerin göndərilməsinin dəyəri 11 min ABŞ dollara çatıb. Bu, 2020-ci ilin oktyabr ayı ilə müqayisədə 4,5 dəfə çoxdur.
Asiyadan Avropaya dəniz nəqliyyatı ilə yükdaşımaları maya dəyərinin keçən ilə nisbətən bir neçə dəfə artdığı qeyd olunur.
“Financial Times”ın məlumatına görə, buna əsasən pandemiya və Çin limanlarının işindəki dayanmalar səbəb olub.
“Freightos” yükdaşımalar üzrə onlayn bazarın məlumatına görə, Asiyadan 40 futluq standart konteynerin Şimali Avropa ölkələrinə göndərilməsi ilk dəfə olaraq 11 min dollardan çox təşkil edir. Mayın ortasında bu qiymət 8,5 min dollar, ötən ilin oktyabrında isə 2 min dollara bərabər olub.
Səbəb – Yantian (Cənubi Çin) iri dəniz limanının işində yaşanan fasilələrdir. Keçən ayın sonunda bir neçə liman işçisində koronavirusun aşkarlandığına görə terminal təxminən birhəftəlik müddətə bağlanmışdı. Hazırda terminalın məhsuldarlığının cəmi 70%-i bərpa olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button