İdman

“Qran-Prinin vaxtı digər tədbirlərin qrafikində sıx oturub”

“Azərbaycan və Türkiyədəki Qran-Prilərin vaxtının dəyişdirilməsi barədə söhbətlər var idi. Amma bizim yarışın dəqiq tarixi var”.
Apasport.az saytının məlumatına görə, bunu “Formula-1” üzrə Azərbaycan Qran-Prisinin promouteri Arif Rəhimov deyib.
O bildirib ki, Bakıdakı yarışla Türkiyə Qran-Prisinin tarixlərinin dəyişdirilməsi mümkün deyil: “Qran-Prinin vaxtı digər tədbirlərin qrafikində sıx oturub. Axı bizi Bakıda futbol gözləyir. İlk oyun iyunun 12-də Qran-Pridən sonrakı həftənin şənbə günü keçirilməlidir. Bir sözlə, biz bu il heç nə edə bilmərik. Başqa il olsaydı, Qran-Pri təqvimdəki yeganə böyük idman tədbiri olsaydı, variantlarımız olardı. Amma bu il yox”. 
Qeyd edək ki, iyunun 12-də AVRO-2020-nin Uels – İsveçrə matçı keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button