Cəmiyyət

Qubada 4 avtomobil toqquşub, xəsarət alan var – VİDEO

Qubada xəsarətlə nəticələnən zəncirvari qəza olub.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkətdə olan “NAZ Lifan” markalı avtomobil yol kənarında dayanan “Chevrolet Aveo”, “VAZ-21014” və VAZ-21015 markalı avtomobillərə çırpılıb. Hadisə zamanı “NAZ Lifan”ın sürücüsü xəsarət alıb. Yaralı Quba Rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button