Cəmiyyət

Qubada avtomobillə vurulan motosikletçi xəstəxanada koma vəziyyətindədir

Qubada ötən gün avtomobillə vurulan motosikletçinin vəziyyəti ağırdır.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, ötən gün gecə saatlarında şəhərin Fətəli Xan küçəsində qeydə alınıb.
Belə ki, “Hyundai Sonata” markalı avtomobil hərəkətdə olarkən, motosikletə arxadan çırpılıb.
Xəsarətlərlə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən 2002-ci il təvəllüdlü Fərid Elnur oğlu Mirzəyevin vəziyyəti ağırlaşıb.
Hal-hazırda F.Mirzəyev dərin koma vəziyyətindədir, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button