Cəmiyyət

Qubada evdə qaz balonu partlayıb, 85 yaşlı qadın yanaraq ölüb – YENİLƏNİB

Video əlavə olunub

Quba rayonunda ikimərtəbəli yaşayış evi yanıb.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə gecə saatlarında Səbətlər kəndində qeydə alınıb.
Belə ki, 144 kvadratmetrlik evin birinci mərtəbəsində başlayan yanğın nəticəsində içərisində propan qazı olan balon partlayıb. Nəticədə yanğın daha şiddətlənərək evin ikinci mərtəbəsinə keçib və bütüm yanar konstruksiyalar yanıb. Ev sakinlərinin əksəriyyəti içəridən çıxa bilsələr də, ancaq 1936-cı il təvəllüdlü Gülnaz Nizam qızı Rəhmanova yanaraq dünyasını dəyişib. Yanğınsöndürənlər onun yanmış meyitini ailəsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button