İdman

Qurban Qurbanov finala yüksələ biləcək komandaların adlarını açıqlayıb

“İndidən Avropa çempionatında kimin finalda oynayacağını söyləmək çox çətindir”.
Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AVRO-2020 ilə bağlı fikir bildirərkən deyib.
Təcrübəli mütəxəssis sabah start götürəcək turnirlə bağlı proqnoz vermək üçün komandaların oyunlarını görməyin vacibliyini vurğulayıb. Qurbanov qitə birinciliyində qrupdakı iki oyununu Bakıda keçirəcək Türkiyə millisinə azarkeşlik edəcəyini söyləyib: “AVRO-2020 başlayandan, komandaların oyununu gördükdən sonra hər hansı fikir söyləmək olar. İndi yalnız ürəyimdən keçənləri, kimi finalda görmək istədiyimi deyə bilərəm. Şübhəsiz çox istəyirəm ki, qardaş Türkiyənin millisi finalda oynasın. Həm də Türkiyəyə çox güvənirəm. Onların finalda oynayacağını düşünürəm”.
Favorit komandalarla bağlı fikirlərini bölüşən Qurban Qurbanov finalla bağlı proqnoz da verib: “Bir çox iddialı komandalarda gəncləşməni görürəm. Fransa hazırda heyətinə görə digərlərindən üstün görünə bilər. İspaniya, Almaniya seçmələrinin heyətlərində dəyişikliklər var. Belçika yaxşı mənada fərqlənir. Son oyunları və nəticələri nəzərə alsaq, mən AVRO-2020-də İtaliya – Türkiyə finalının olacağını düşünürəm”.
Qeyd edək ki, Avropa çempionatının açılış matçı sabah A qrupu çərçivəsində İtaliya ilə Türkiyə arasında keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button