Cəmiyyət

Quterriş: “COVID-19-un vaksinə davamlı mutasiyaları ortaya çıxa bilər”

Koronavirusun yoxsul ölkələrdə aktiv şəkildə yayılması halında onun vaksinə davamlı mutasiyaları yarana bilər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterriş bildirib.
“Hazırkı vəziyyət məni çox narahat edir. Bəzi ölkələr öz əhalisini çox sürətlə peyvənd edir. Ancaq hələ də heç bir doza belə, əldə etməmiş ölkələr var. İnkişaf etməkdə olan ölkələrdə isə ümumilikdə vaksinasiya məsələsində ciddi boşluğun olduğunu görürük”, – A.Quterriş deyib.
Onun sözlərinə görə, COVID-19 cənub yarımkürəsində meşə yanğını kimi yayılarsa, daha çox növü, daha çox mutasiyası ortaya çıxacaq və hazırlanmış vaksinlərə davamlı virusun peyda olma riski var.
BMT baş katibi “peyvənd millətçiliyi”ni böyük bir səhv adlandırıb: “Biz inkişaf etməkdə olan ölkələrdə peyvəndlərin effektiv şəkildə paylanmasına yönəlmiş “COVAX” təşəbbüsünü təşviq edirik. Lakin təəssüf ki, “COVAX” yalnız müəyyən maliyyə çatışmazlıqlarını (22 milyard dollar çatışmır) yaşamır. Bu gün müxtəlif ölkələr tərəfindən qoyulmuş ixrac məhdudiyyətləri səbəbilə də tədarükdə problemlər yaranıb”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button