Dünya

Rəcəb Tayib Ərdoğan: “Türkiyə ilk dəfə Aİ və NATO üzvü olan ölkəyə dron tədarük edəcək”

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ilə Ankarada rəsmi səfərdə olan Polşa prezidenti Ancey Duda arasında görüş olub. Rəsmi sənədlər imzalandıqdan sonra birgə mətbuat konfransı keçirilib.
“Report” AA-ya istinadən xəbər verir ki, Türkiyə lideri Polşaya “Bayraktar TB2” hərbi dronların ixracından bəhs edərək bildirib: “Türkiyə tarixində ilk dəfədir ki, NATO və Avropa İttifaqına üzv ölkəyə pilotsuz uçuş aparatı ixrac etməkdədir”.
Həmçinin NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi Missiyası çərçivəsində Türkiyə Hava Qüvvələrinə məxsus F-16 təyyarələrinin yaxın vaxtda Polşaya göndəriləcəyini qeyd edən Ərdoğan vurğulayıb:
“NATO-nun Türkiyəyə uyğun etimad tədbirləri çərçivəsində Polşa tərəfindən İncirlik bazamıza dəniz keşik təyyarəsi və hərbi heyət göndərilməsini məmnuniyyətlə qarşılayırıq”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button