Dünya

Rəşid Dostum mərkəzi hakimiyyətə çağırış edib

“Son günlər atışmalar nəticəsində “Taliban” qruplaşmasının 500-dən çox silahlısı ölüb və yaralanıb”.
“Report” “Tolonews”a istinadən xəbər verir ki, bunu Əfqanıstanın şimalında yerləşən, “özbək əyaləti” adlanan bölgələrin lideri, keçmiş vitse-prezident, marşal Əbdül Rəşid Dostum KİV-ə telefon vasitəsi ilə müsahibəsində bildirib.
Onun sözlərinə görə, iyulun 15-də döyüşlərdə 100-dən çox qruplaşma silahlısı ölüb və yaralanıb:
Qəndəhar, Qəznə, Kunduz və Cauzcan əyalətlərində döyüşlər davam edir. “Taliban”ın həmin bölglər üzrə lideri Kari Nakib artıq sağ deyil”.
Keçmiş vitse-prezident mərkəzi Kabul hakimiyyətini “Taliban”a qarşı döyüşən yerli özünümüdafiə qüvvələrini dəstəkləməyə, onları silah-sursat və avadanlıqla təchiz etməyə çağırıb.
Əbdül Rəşid Dostum yerli özünümüdafiə qüvvələrinin fədakarlıqla döyüşdüklərini və itkilərinin az olduğunu bildirib. “Taliban” silahlılarının meyitləri Kuştapə, Darzabə, Badqisə, Mazarə və Akçedə qalıb.
Xatırladaq ki, Rəşid Dostum hazırda Türkiyədədir. O, telefonla müsahibəni də oradan verib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button