İqtisadiyyat

Respublika günündə Abşeron dairəvi xəttində qatarların hərəkət cədvəli açıqlanıb

“Respublika günü” 28 may tarixində Abşeron dairəvi dəmir yolu xəttində qatarların hərəkəti qeyri-iş günlərində olduğu qrafikə uyğun saxlanılır.
“Azərbaycan Dəmir Yolları” QSC-də “APA-Economics”ə verilən məlumata görə, həmin gün hər iki xətt üzrə aşağıdakı qatarlar hərəkətdə olacaq:
Bakı-Pirşağı-Sumqayıt xətti üzrə
– Sumqayıtdan 6604, 6606, 6612, 6620 nömrəli,
– Bakıdan isə 6603, 6615, 6617 və 6621 nömrəli;
Bakı-Xırdalan-Sumqayıt xətti üzrə
– Sumqayıtdan 6004, 6008, 6012, 6022 nömrəli,
– Bakıdan isə 6005, 6015, 6019, 6023 nömrəli.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust tarixinə kimi uzadılıb və həmin müddət ərzində şənbə və bazar günləri sərnişin qatarları hərəkətdə olmayacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button