Dünya

Roma Papası Yaxın Şərqdə atəşkəs çağırışı etdi

Roma Papası Fransisk İsrail və Qəzza ərazisindəki hərbi qarşıdurmanı dayandırmaqla bağlı çağırış edib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, katolik kilsənin ruhani başçısı Müqəddəs Peter meydanındakı həftəlik müraciəti zamanı son günlər çox sayda günahsız insanın, o cümlədən uşaqların həyatını itirməsini yolverilməz və dəhşətli hal adlandırıb.
Xatırladaq ki, bundan əvvəl İsrail hərbçilərinin Qəzzada “Həmas” hərəkatının mövqelərinə qarşı hava hücumu nəticəsində yerli səhiyyə qurumunun açıqlamasına görə aralarında 10 uşağın da olduğu 42 fələstinli həlak olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button