İdman

Rövnəq Abdullayev Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb

Cüdo üzrə dünya çempionatının keçirildiyi Macarıstanın paytaxtı Budapeştdə səfərdə olan Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer arasında görüş baş tutub. 
ACF-dən apasport.az saytına verilən məlumata görə, görüşdə R.Abdullayev Marius Vizeri növbəti 4 il müddətinə dünya cüdo təşkilatının rəhbəri seçilməsi münasibətilə təbrik edib. 
Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışan R.Abdullayev ölkə idmançılarının Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.
Ölkədə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən ACF prezidenti son vaxtlar Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən “Böyük Dəbilqə” turnirlərində medallar qazandığını diqqətə çatdırıb. Səmimi görüşə görə minnətdarlığını bildirən M.Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda, dünya çempionatı və Olimpiya Oyunlarında da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən İJF prezidenti Bakıda ənənəvi “Böyük Dəbilqə” yarışlarının hər zaman yüksək səviyyədə keçirildiyini, bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun səmərəli fəaliyyətini xüsusi vurğulayıb.
Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının mükəmməl bir konqresinin keçildiyini bildirən Marius Vizer Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevi 2-ci dəfə növbəti dörd il müddətinə qurumun İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib. Sonra cənab Vizer İJF-nin xüsusi hədiyyəsini Rövnəq Abdullayevə təqdim edib. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button