Gündəm

Rövşən Əkbərovun işi üzrə istintaq yekunlaşıb

Ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun işi üzrə istintaq yekunlaşıb, Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bu barədə AzadlıqRadiosuna iyulun 1-də Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

R.Əkbərov 2001-ci ildə xuliqanlıq niyyəti ilə qətl törətməkdə ittiham edilir.

“Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”, – məlumatda bildirilir.

Ondan və vəkilindən bu ittihama, hələlik, ayrılıqda münasibət almaq mümkün olmayıb.

Ehtiyatda olan general-leytenant R.Əkbərov bu il martın 16-da həbs olunub. İlkin istintaq dövrü üçün onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 56-yaşlı Əkbərov 2002-ci ildən general-leytenantdır. O, 2011-ci ilin fevralında Ordu korpusunun komandiri təyin edilmişdi. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

1994-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilmişdi.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button