İqtisadiyyat

RRB-nin 30 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Regional Rabitə Birliyinin (RRB) 30 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, markanın üzərində 30 rəqəmi ilə RBB-nin loqosu təsvir olunub.
Belarus Respublikasının Bobruysk şəhərində 10 min tirajla çap olunan markanın müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur. 
Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button