Dünya

Rusiya-ABŞ sammitinə 16 gün qalmış Cenevrədə otellərdə yer yoxdur

İyunun 16-da Rusiya-ABŞ sammitinə ev sahibliyi edəcək Cenevrədə ən az üç beşulduzlu oteldə iyunun 15-16-sı üçün otaqların hamısı bron edilib.
“Report” xəbər verir ki, yer çatışmazlığı barədə TASS agentliyinin müxbirinə bu gün “InterContinental”, “President Wilson” və “Beau-Rivage” otellərindən bildiriblər. Bu üç otel əvvəllər dəfələrlə beynəlxalq görüşlərə ev sahibliyi edib.
Oxşar səviyyəli bir sıra digər otellərdə isə rezervasiya etməyin mümkün olduğunu bildirilir.
Zirvə görüşünün Cenevrədə keçiriləcəyi yer hələ açıqlanmasa da, İsveçrə mətbuatı Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Cozef Bayden arasında görüşün “InterContinental” otelində baş tutacağını ehtimal edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button