İqtisadiyyat

Rusiya aviaşirkətinə Çelyabinskdən Bakı və Gəncəyə uçuşlar yerinə yetirməyə icazə verilib

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (“Rosaviasiya”) “S7 Airlines” şirkətinə Çelyabinskdən Azərbaycana uçuşlara icazə verib.
“APA-Economics” xəbər verir ki, bu barədə  müvafiq əmr “Rosaviasiya”nın rəsmi saytında dərc edilib.
Sənədə əsasən S7 aviaşirkətinə Çelyabinskdən Bakı və Gəncəyə uçuşlar həyata keçirməyə icazə verilib.
Bununla yanaşı Rusiyanın “Azur Air” və “Yamal” aviaşirkətlərinə Çelyabinskdən İspaniyaya (Barselona və Palma-de-Mayorka) və Kiprə (Larnaka) uçuşlar həyata keçirməyə icazə verilib.
Xatırladaq ki, qərar beynəlxalq marşrutlarda uçuşların bərpa edilməsi üçün əsas səbəb sayılmır. Bu, uçuşları bərpa edərkən aviaşirkətlərin istifadə edə biləcəkləri haqlarıdır. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button