İqtisadiyyat

Rusiya avronun lehinə dollardan imtinanı təşviq edəcək

Rusiya hökuməti ölkə iqtisadiyyatında olan bütün valyuta likvidliyini ABŞ dollarından avroya köçürmələri üçün təşviq edəcək.
“APA-Economics”in  Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Maliyyə Nazirliyinin Xarici məhdudiyyətlər üzrə nəzarət departamentinin direktoru Dmitri Timofeyev deyib.
Onun sözlərinə görə, əsas hədəf Rusiyanı avrolaşdırılmış ölkəyə çevirmək və dolları avro ilə əvəzləməkdir.
“Bu, likvidliyə, valyuta mübadiləsinə və s. aid olacaq. Lakin bunun üçün stimullar lazımdır və biz ona görə də təşviqlərin istifadəsi və inkişafı ilə bağlı təklifləri dəstəkləyirik. Onlar fərqli ola bilər, lakin bazar iqtisadiyyatı şəraitində olduğumuz üçün biz əmr verə bilmərik ki, dollar istifadə etməyi dayandırın”, – deyə D. Timofeyev bildirib.
Nazirliyin rəsmisi onu da qeyd edib ki, Moskva birjasındakı valyuta mübadiləsində dolların payı 80%, avronun payı isə payı 20%-dən bir qədər azdır. Yuan və digər valyutalar isə likvid deyil.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button