İqtisadiyyat

Rusiya-Azərbaycan buraxılış məntəqələrində sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür

Rusiya-Azərbaycan sərhədində, Yaraq-Qazmalar buraxılış məntəqəsində sıxlığın aradan qaldırılması üçün yenidənqurma və yol infrastrukturunun təkmilləşdirilməsi işləri aparılır. Dövlət Gömrük Komitəsindən (DGK) “APA-Economics”ə verilən məlumata görə, bunu Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin DGK-nın sədri Səfər Mehdiyevlə görüşü zamanı deyib.
Görüşdə gömrük nəzarəti nəticələrinin elektron formada qarşılıqlı tanınmasına dair Protokolun tətbiqi, Yaraq-Qazmalar və Samur buraxılış məntəqələrində mövsümi xarakterli növbələrin aradan qaldırılması, yenidənqurma işlərindən sonra Tahirkənd-Qazmalar və Xanoba buraxılış məntəqələrinin fəaliyyətinin sinxronlaşdırılması, yük axınının Yaraq-Qazmalar-Samur avtomobil buraxılış məntəqəsindən Dərbənd-Yalama dəmiryolu məntəqəsinə paylanması məsələlərinə baxılıb.
Tərəflər informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə əməkdaşlıq, Ümumdünya Gömrük Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması barədə də müzakirələr aparıblar.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button