İqtisadiyyat

Rusiya Azərbaycana aviareyslərin sayını artırır

İyunun 10-dan etibarən Rusiya Yunanıstan, Azərbaycan, Ermənistan, Qətər, Özbəkistan, Tacikistan, Misir, Serbiya, Belarus və Almaniyaya aviareyslərin sayını artırır.
“APA-Economics”in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahından bildirilib.
Bildirilib ki, iyunun 10-dan Belarusla Moskva-Minsk marşrutu üzrə uçuşların sayının qarşılıqlı əsasda 10-dək artırılması barədə qərar qəbul edilib. Həmçinin, iyunun 10-dan etibarən Moskva-Afina marşrutu üzrə uçuşların sayı həftədə iki dəfəyədək artırılacaq, Azərbaycan (Moskva-Bakı), Ermənistan (Moskva-İrəvan), Qətər (Moskva-Doha), Özbəkistan (Moskva-Daşkənd) və Tacikistana (Moskva-Düşənbə) əlavə reys yerinə yetiriləcək, Misir (Moskva-Qahirə) və Serbiyaya (Moskva-Belqrad) isə həftədə yeddi uçuş həyata keçiriləcək.
Bundan başqa, Moskva-Münhen aviareysi də bərpa olunacaq.
Xatırladaq ki, iyunun 14-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Moskva (Domodedovo aeroportu) və əks istiqamətdə xüsusi reyslərin sayını 2-dən 3-dək artıracaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button