İqtisadiyyat

Rusiya bu yay İran neftinin bazara qayıtmasını istisna etmir

Bu ilin yayında İran neftinin bazara qayıtması mümkündür, lakin bu, bir çox amillərdən asılı olacaq.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.
“Əlbəttə, hər hansı bir həcm ola bilər. Müqavilə həqiqətən imzalanırsa, yəni ABŞ-ın əvvəlki anlaşmaya qayıdacağı baş verərsə, təbii ki, İranın embarqonu ləğv etmək, hasilatı artırmaq və ixrac etmək imkanı olacaq”, – deyə Novak qeyd edib.
O həmçinin bildirib ki, bu, birbaşa olaraq İranın özündən, onun texniki imkanlarından və hazırlığından asılı olacaq: “Bunun bazara necə təsir edəcəyini əlavə olaraq qiymətləndirməliyik”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button