İqtisadiyyat

Rusiya elektromobillərin inkişafına 11 mlrd. dollaradək yönəldə bilər

Rusiyada elektrik nəqliyyatının inkişafı konsepsiyasına hidrogen avtomobillərinin istehsalının lokalizasiyasını və onlar üçün infrastrukturun yaradılmasını daxil edib, bunun üçün 2030-cu ilədək təxmini maliyyə həcmini 418 mlrd. rubldan (5,7 mlrd. ABŞ dolları) 777 mlrd. rubladək (10,6 mlrd. dollar) artıra bilər.
“APA-Economics”in məlumatına görə, bu barədə “Vedomosti” Rusiyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış Nazirlər Kabinetinin əmr layihəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəllər sözügedən sahəyə 418 mlrd. rubl həcmində investisiyanın yönələcəyi planlaşdırılırdı.
Konsepsiya layihəsinə görə, 2030-cu ilədək Rusiyada 1 200 hidrogen yanacaqdoldurma stansiyası olacaq. Belə bir şəbəkənin yaradılması 126 mlrd. rubla başa gələcək. Bundan əlavə, 38,5 mlrd. rubl hidrogen yanacaq elementləri zavodunun tikintisinə ayrılacaq. Layihələr qismən federal büdcədən, qalan hissəsi isə büdcədənkənar fondlardan maliyyələşdiriləcək.
Hazırda sənədin müzakirəsi davam etdirilir. Sənəd 2021-ci ilin iyun ayının sonunda qəbul oluna bilər
Rusiyada hidrogen nəqliyyatı üçün infrastrukturun yaradılması 2025-2030-cu illəri əhatə edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button