İqtisadiyyat

Rusiya neft hasilatını azaldıb, qaz istehsalını artırıb

Bu ilin yanvar-may aylarında Rusiyada neft və qaz kondensatı istehsalı illik nisbətdə 6,3% azalaraq 212,22 mln. tona düşüb. Orta gündəlik hasilat 10,3 mln. barel təşkil edib.
“APA-Economics”in məlumatına görə, bu barədə Yanacaq-Enerji Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin açıqlamasında deyilir.
Qeyd olunur ki, may ayında Rusiyada 44,21 mln. ton neft (qaz kondensatı ilə birgə) hasil edilib (illik ifadədə +11,2%). Orta gündəlik hasilat 10,45 mln. barel olub.
Yanvar-may aylarında Rusiya neftinin ixracı 85,36 ​​mln. ton (-15,7%), orta gündəlik ixrac isə 4,14 mln. barel təşkil edib.
Yanvar-mayda “Transneft”in boru kəmərləri vasitəsilə 75,51 mln. ton neft (68 mln. ton Rusiya nefti), digər boru kəmərləri ilə isə 17,36 mln. ton ixrac edilib.
Təkcə may ayında Rusiya xaricə 18,65 mln. ton neft (+7,8%) tədarük edib. Orta gündəlik ixrac 4,41 mln. barelə bərabər olub.
Bundan başqa, yanvar-may aylarında Rusiyada qaz istehsalı illik nisbətdə 11% artaraq 325,25 mlrd. kubmetrə çatıb. May ayında ölkədə 62,74 mlrd. kubmetr (+19,6%) qaz hasil edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button