İqtisadiyyat

Rusiya nümayəndələrinin Azərbaycana biznes-missiyası təşkil olunub

Azərbaycan-Rusiya İşgüzar Şurası və Rusiya Federasiyasının Rostov vilayətinin Ticarət və Sənaye Palatasının dəstəyi ilə Rostovdan olan müəssisələrin nümayəndələrinin Azərbaycana biznes-missiyası təşkil olunub.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, biznes-missiya çərçivəsində kənd təsərrüfatı, gəmiqayırma, logistika, balıqçılıq, tikinti və tibb sahələrində fəaliyyət göstərən Azərbaycan və Rostovdan olan müəssisələrin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib.
Rostovdan olan nümayəndə heyəti həmçinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıblar.
Rostovdan olan nümayəndələr biznes-missiya çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button