İqtisadiyyat

“Rusiya qazı ABŞ qazından dörd dəfə təmizdir”

Rusiya qazının ABŞ qazından dörd qat daha az karbon ayaq izi var.
“APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
Nazir qeyd edib ki, müxtəlif analitik və konsaltinq agentliklərin məlumatlarına görə, “Şimal axını” qaz boru kəməri xətti ilə Avropaya nəql edilən Rusiya qazında ABŞ-ın qitəyə göndərdiyi qazdan dörd qat daha az karbon ayaq izi var.
Bunun səbəbi kimi, nazir ABŞ-da qazın böyük hissəsinin hidravlik qırılma yolu ilə şist süxurlarından hasil olmasını göstərib.
Qeyd edək ki, karbon ayaq izi (“carbon footprint”) birbaşa və dolayı yolla bir şəxs, təşkilat, hadisə və ya məhsul tərəfindən yaradılan bütün istixana qazı tullantılarının məcmusudur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button