İqtisadiyyat

Rusiya rublunun manata qarşı məzənnəsi 10 aylıq maksimuma çatıb

İyunun 9-da Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,3% artaraq 0,0236 manat təşkil edib ki, bu da ötən ilin iyul ayından bəri qeydə alınan ən yüksək göstəricidir.
“APA-Economics”in hesablamalarına görə, rublun sonuncu dəfə bundan yüksək dəyəri ötən ilin iyulun 27-də qeydə alınmışdı – 0,0237 manat.
Qeyd edək ki, aprel ayından bəri rublun manata qarşı artan tendensiyası müşahidə olunur və sözügedən valyuta manata qarşı aprel ayından bəri 6% ətrafında dəyər qazanıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button