Dünya

Rusiya rumın diplomatını “persona-non-qrata” elan etdi

Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesinin köməkçisini “persona-non-qrata” elan edib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında bildirilir.
Diplomata ölkəni 72 saat ərzində tərk etmək barədə göstəriş verilib.
“Bu addım Rumıniya tərəfinin aprelin 26-da Rusiyanın Buxarestdəki səfirliyi yanında hərbi attaşesinin köməkçisinin əsaslandırılmamış şəkildə “persona-non-qrata” elan edilməsinə cavab olaraq atılıb”, – deyə nazirliyin saytındakı xəbərdə bildirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button