İqtisadiyyat

Rusiya Səudiyyə Ərəbistanına hidrogen enerjisi sahəsini birgə inkişaf etdirməyi təklif edib

Rusiya Səudiyyə Ərəbistanına hidrogen enerjisinin inkişafına dair işçi qrupu yaratmağı təklif edib.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Rusiya-Səudiyyə Ərəbistanı Hökumətlərarası Komissiyasının iclasında deyib.
“Hidrogen enerjisinin inkişafı və enerjisaxlama texnologiyalarının inkişafı üzrə işçi qrupu yaratmaq təklifimiz var”, – A.Novak vurğulayıb.
Onun sözlərinə görə, Rusiya hidrogen enerjisi də daxil olmaqla texnologiyalar və investisiyalar sahəsində kooperasiyanın inkişafını əməkdaşlığın vacib sahəsi hesab edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button