Dünya

Rusiya Türkiyəyə aviareyslərin dayandırılmasına qərar verib

“Türkiyə ilə hava əlaqəsinin dayandırılması Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankara səfəri ilə bağlı deyil”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Türkiyə ilə hava əlaqəsini dayandırmasını şərh edən Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr. Bu, həyəcanverici epidemioloji vəziyyətlə bağlıdır”, deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya baş nazirinin müavini Tatyana Qolikova Türkiyədə koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar bu ölkə ilə müntəzəm və çarter uçuşlarının aprelin 15-dən iyunun 1-nə kimi dayandırıldığını açıqlayıb.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button