Dünya

Rusiya və Ermənistan hərbi rəhbərləri arasında telefon danışığı olub

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimovla Ermənistanın müdafiə naziri Vaqaraşak Arutyunyan arasında telefon danışığı olub.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Telefon danışığında Ermənistanın Geqarkunik və Sünik vilayətlərindəki vəziyyət müzakirə edilib.
V.Gerasimov və V.Arutyunyan Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button