Dünya

Rusiyada avtomobillərin məcburi texniki baxışı ləğv olunub

Rusiyada nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını rəsmiləşdirmək üçün nəqliyyat vasitəsini texniki baxışdan keçirmək tələb olunmayacaq.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə müvafiq qanunu imzalayıb.
Belə ki, sığorta polisini almaq üçün sürücünün diaqnostik kart təqdim etməsinə və texniki baxışdan keçməsini təsdiqləməsinə ehtiyac qalmayacaq.
Qanun avqustun 22-da qüvvəyə minir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button