Dünya

Rusiyada banka basqın edən şəxs həbs olunub – YENİLƏNİB

“Sberbank”ın Tümendəki bölməsinə basqın edən şəxs saxlanılıb, girovlar isə azad olunub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bankdan bildiriblər.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Banka basqın edən şəxsin psixiatrik xəstəxanada qeydiyyatda olduğu bildirilib.
10:34
Rusiyanın Tümen şəhərində naməlum şəxslər “Sberbank”ın yerli bölməsinə basqın edib.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Basqınçılar 3 nəfəri girov götürüb.
İlkin məlumata görə, “Sberbank”ın Tümendəki bölməsi beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Birinci mərtəbə ələ keçirilib. Girov götürülənlər bankın əməkdaşlarıdır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button