Dünya

Rusiyada baş verən yol qəzasında 38 nəfər xəsarət alıb

Rusiyanın Kalininqrad əyalətində sərnişin avtobusunun ağaca çırpılması nəticəsində 38 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə TASS fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, onlardan 8-i xəstəxanaya yerləşdirilib. Yaralılar arasında iki uşaq da var.
“Bir qadın ağır vəziyyətdədir”, – mənbə deyib.
İstintaq orqanları hadisə ilə əlaqədar cinayət işi qaldırıb.
Vilayət hökumətinin məlumatına görə, avtobusun maksimal sərnişin tutumu 82 nəfər təşkil edir. Qəza zamanı nəqliyyat vasitəsində 80 sərnişin olub. Avtobus hadisə vaxtı 47 km/saat sürətlə hərəkət edirmiş.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button