Dünya

Rusiyada naməlum şəxs qvardiyaçını yaralayıb

Rusiyanın Tomsk şəhərində bir kişi bıçaqla RF Milli Qvardiyası Qoşunları Federal Xidmətinin qvardiyaçısına yaşadığı binanın qarşısında hücum edib.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Qvardiyasının Sibir dairəsinin mətbuat xidməti yayıb.
Bildirilib ki, Tomsk şəhərindəki mənzillərdən birinə baxış keçirilməsi ilə bağlı məlumat daxil olub. Qapı döyülsə də, cavab verilməyib. Ev yiyəsinin qızı gəlib. Yenə qapını açmaq mümkün olmayıb. Bir müddət sonra qapı açılıb, içəridən əlində bıçaq və quruluşundan odlu silaha oxşar vasitə ilə çıxan şəxs atəş açıb. Nəticədə mülki şəxs və qvardiyaçı yaralanıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button