Dünya

Rusiyada qızıl mədənində partlayış olub, ölən var

Rusiyanın Buryatiya Respublikasında qızıl hasilatı mədənində baş verən partlayış nəticəsində 1 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, partlayış respublikanın Okin rayonundakı “Vladimir” mədənində qeydə alınıb.
Hadisə mədənin 1 saylı girişində partlayıcı maddənin partlaması nəticəsində meydana gəlib.
Şaxtada 8 nəfər olub, onlardan 1-i ölüb, 7-si təxliyə olunub.
İlkin versiyaya görə, partlayışa texniki təhlükəsizliyin pozulması səbəb olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button